Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Livanın diplomatik əlaqələr üzrə müşaviri Şeyx Mömin Ər‑Rifai yaydığı bəyanatda vurğulayıb ki, İran İslam Respublikası Qurani‑Kərimdə buyurulduğu kimi özünü müdafiə etmək haqqına malikdir:
أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا وَإِنَّ اللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ
Zülmə məruz qaldıqlarına görə (onlara qarşı) vuruşulanlara (müdafiə məqsədilə) döyüşməyə icazə verildi. Həqiqətən, Allah onlara kömək etməyə qadirdir.” Həcc surəsi, 39‑cu ayə
Şeyx Ər‑Rifai İran İslam Respublikasının verdiyi cavabı yüksək qiymətləndirərək bildirib ki, bu cavab zalım və cinayətkar Trampın təkəbbürünü və Netanyahunun zorakı siyasətini sarsıtmış, eyni zamanda ümmətin qəlbini sevindirmişdir. Onun sözlərinə görə, İran İslam Respublikası bu gün aparılan mübarizədə bütün İslam ümmətinin nümayəndəsi kimi çıxış edir.
O qeyd edib: İran İslam Respublikasından gözləntilərimiz ondan ibarətdir ki, regionda və qonşu ölkələrdə yerləşən ABŞ‑ın bütün maraqları və hərbi bazaları istisnasız şəkildə hədəfə alınsın. Bu gün neytral mövqe tutmaq və kənarda qalmaq düzgün deyil. Gərək ya İranın yanında, haqq və bəşəriyyət düşərgəsində qalasan, ya da Cefri Epşteyn (Jeffrey Epstein) və yəhudilərin cinayətkar sisteminin düşərgəsində. Biz «Heyhat minnəz-zillə» — «zillət bizdən uzaqdır» məktəbinin tərbiyəsini almışıq və Qurana iman gətirmişik. Bu gün (إنا فتحنا لک فتحا مبینا) — «Həqiqətən, Biz sənin üçün aşkar bir qələbə bəxş etdik» ayəsinin təcəllisinin şahidi oluruq və Allahın izni ilə tezliklə «Mən və elçilərim hökmən qalib gələcəyik» vədinin gerçəkləşdiyini görəcəyik.
Şeyx Ər‑Rifai müsəlmanları, ərəbləri və dünyanın bütün azadlıqsevər insanlarını İranla, onun müdrik və uzaqgörən Ali Məqamlı Rəhbəri və xalqı ilə birlikdə, insanın formalaşdırılması və xalqların və ölkələrin hakimiyyətinin qurulmasına qarşı yönəlmiş qlobal layihə qarşısında həmrəy olmağa çağırıb.
O sonda vurğulayıb ki, onlar İranın mövqeyini dəstəkləyir, onunla həmrəy olduqlarını bildirir və Allahın qələbə vədinə tam etibar edirlər. Şeyx Ər‑Rifainin sözlərinə görə, qəti, həlledici və qaçılmaz qələbə yaxındır və zəfər yalnız Allah tərəfindəndir.
Rəyiniz